Yeni ili qeyd edən və etməyənlər - VİDEOSORĞU
    • 24-12-2018, 16:27
    • 1 382

Yeni ili qeyd edən və etməyənlər - VİDEOSORĞU

Milad bayramı hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. 

Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.

IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri,  çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Bu bənzətmə heç də təsadüfi deyil. Ona görə ki, şam ağacı ilin dörd fəslində yaşıllığını saxlayır. Bəs Yeni il bayramında küknar bəzəməyin mənası nədir? Bu da dünya xalqlarında müxtəlif mənalardadır.

Sual edə bilərsiniz ki, bəs ilk dəfə hansı xalq Yeni il küknarından istifadə edib? Yeni il şənliklərində bəzədilən şam ağaclarını şotlandiyalılar dəbə mindirib. Yarpağı tökülməyən, həmişə yaşıl olan bu ağac cavanlıq rəmzi sayıldığı üçün şotlandiyalılar şeytanı qaçırmaq üçün onlardan yararlanıblar və sonradan bu ağac yeni ilin bəzəyinə çevrilib. Beləcə küknar bütün dünyada məşhurlaşıb. 

Çoxları “yolka” bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirir. Əslində tarixi mənbələrdə həyat rəmzi olan “yolka”nın bəzənməsi tarixinin xristianlıqdan əvvəl başladığı və hansısa bir dinlə bağlı olmadığı qeyd olunub. Hələ miladdan çox-çox əvvəl Qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Yeni il “yolka”sı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya “yolka”nı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə “yolka” fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə “yolka” bütün dünyada məşhurlaşıb.

Azərbaycanda isə bəzi insanlar  dini əsasları irəli sürərək,  Yeni İl bayramının “Xristian bayramı” olduğunu bildirib qeyd etmir.
News24.az saytı "Yeni ili qeyd edirsiniz mi?" sualı ilə əhali arasında sorğu keçirdib

Sözügedən sorğunu təqdim edirik:

Müxbir: Şəlalə AĞAYEVA
Video: Səməd AĞAYEV