İş xanımı olmaq istəyən Günay İbrahimli adı ilə bağlı geyim markası yaradır
    • 24-12-2018, 16:43
    • 2 310

İş xanımı olmaq istəyən Günay İbrahimli adı ilə bağlı geyim markası yaradır

Müğənni Günay İbrahimlinin biznes qurmaq istədiyi deyilir.

News24.az-a daxil olan məlumata görə,  iş xanımı olmaq istəyən G.İbrahimli öz adı ilə bağlı geyim markası yaratmaq haqda düşür.
Günay İbrahimlinin uzun müddət çalışdığı modelyer Zümrüd Mirzəliyeva ilə işbirliyinə son qoyduğunu nəzərə alsaq yayılan xəbərin düzgün olma ehtimalı böyükdür.

Onu da qeyd edək ki, xanım İbrahimlidən öncə əməkdar artist Röya Ayxan da “First Fashion Lab” adlı moda markası yaradaraq modelyer Səbinə Hüseyn ilə uzun müddət çalışıb.

Lakin, onların da münasibəti illər sonra pozulub və hazırda sözügedən marka istehsalını dayandırıb.

Bu yaxınlarda isə xalq artisti Zülfiyyə Xanbabayeva ad və soyadının baş həftlərini daşıyan “Z.X” adlı geyim brendini yaradacağını açıqlasa da görünür ki, hələ də istəyinə nail olmayıb.

Teymur MƏMMƏDOV