İradə və Günay arasındakı soyuq müharibə bitdi - FOTO
    • 28-06-2019, 17:50
    • 1 962

İradə və Günay arasındakı soyuq müharibə bitdi - FOTO

Müğənni İradə İbrahimova və Günay İbrahimli arasındakı soyuq müharibə bitib. 

News24.az xəbər verir ki, uzun illərdir davam edən soyuq münasibət bir müddət öncə İ.İbrahimovanın "ATV maqazin onlarla" verilişində G.İbrahimli haqda dediyi sözlərdən sonra daha da alışıb. 

Günay İbrahimlini əməkdar artist Röyaya bənzədən İradə İbrahimova bu gün instagram hesabında onun görüntüsünü paylaşıb. 

Görüntülərdə G.İbrahimli həmkarının "Yaşananlar" mahnısını dinləyərkən zümzümə etməsi qeydə alınıb.