-
- 24-12-2018, 18:36
- 3 024
Azərbaycanda ilk dəfə hərbi-tibbi terminlər lüğəti nəşr olundu
Bu gün Bakı Kitab Mərkəzində Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusif-zadənin “Hərbi-tibbi terminlərin izahlı lüğəti” kitabının rəsmi təqdimat mərasimi keçirilib. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunmuş kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Azərbaycan dilində ilk hərbi-tibbi terminlər lüğəti olan kitabın tərtibində ingilis, rus, fransız, alman və digər dillərdə yazılmış ədəbiyyatdan istifadə olunub. 25 min söz və söz birləşməsini əhatə edən lüğətdə hərbidə alınan zədə və xəstəliklər, döyüş zədələri, istifadə olunan silahlar, xidmət şəraiti nəticəsində yaranan xəstəliklərlə bağlı tibbi anlayışlar yer alıb. Müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabdakı terminləri 2007-ci ildən etibarən toplamağa başlayıb və hərbi həkimin praktik işində rast gəlinə biləcək symptom və sindromlara geniş yer verib.
Tədbirdə kitabın rəyçisi, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova çıxış edərək bildirib ki, bu kitab tibb işçilərinin stolüstü kitabı olacaq: “Tibb sahəsində müəyyən monoqrafiyalar yazmaq asandır. Amma bu kitabda tibbin bütün sahələri əks olunduğuna görə, belə bir lüğəin ərsəyə gəlməsi olduqca çətin işdir. Ancaq elmin dərinliklərini, incəliklərini bilən, ensiklopedik biliyə malik olan şəxs belə bir lüğət tərtib edə bilər. Çünki lüğətçilik tərtibatı zərgər dəqiqliyi tələb edir. Bu tibb elminin və terminologiyanın böyük uğurudur”.
Millət vəkili Ziyad Səmədzadə isə söyləyib ki, bu lüğətin təkcə tibb və terminologiya elminin deyil, bütövlükdə Azərbaycan dilinin nailiyyəti hesab etmək olar. O, həmçinin qeyd edib ki, hər bir lüğət millətin simasıdır və bu baxımdan belə bir lüğətin tərtibinin çox böyük əhəmiyyəti var.
Sonda müəllif özü çıxış edərək sözə olan məhəbbətinin ailəsindən qaynaqlandığını deyib. Onun sözlərinə görə, 2007-ci idən lüğətdə olan sözlərin toplanmasına başlayıb. O, bildirib ki, bu lüğət təkcə mütəxəssisləri cəlb etməyəcək, həm də ətrafına geniş oxucu kütləsi toplayacaq. Müəllif Kənan Yusif-zadə kitabın tərtibində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
//Virtual