Zaqatalada avtomobil piyadanı vurdu
    • 1-08-2022, 12:30
    • 249

Zaqatalada avtomobil piyadanı vurdu

İyulun 31-də saat 12 radələrində Zaqatala rayonunun Dağlı kəndi ərazisində rayon sakini B.Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən kənd sakini Osman Məhərrəmovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

News24.az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.