Balakəndə avtomobil piyadanı vuraraq öldürdü
    • 7-02-2022, 11:47
    • 390

Balakəndə avtomobil piyadanı vuraraq öldürdü

Balakən rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 5-də saat 1 radələrində rayonun Katex kəndi ərazisində Zaqatala rayon sakini Ş.Şabanova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini Eyvaz Abdulhəmidovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.