Kosmosda qəza ola bilər:  Mask niyə səmaya minlərlə peyk yollayır?
    • 1-08-2022, 12:57
    • 381

Kosmosda qəza ola bilər: Mask niyə səmaya minlərlə peyk yollayır?

İlon Maskın “SpaceX” şirkəti kosmosa minlərlə peyk göndərir. Hətta insanlar onları səmada gördüklərini bildirirlər. Bu qədər peyklərin nə məqsədlə göndərilməsi insanlarda maraq doğurub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, kosmosa göndərilən həmin peyklər uzaq bölgələrin internetlə təmin olunması üçündür. Bu layihənin adı “Starlink”-dir. Layihə nəticəsində 2018-ci ildən indiyədək təxminən 3 min peykin göndərildiyi bildirilir. 

Professor Said Mosteshar kosmosda toqquşmalar yarandığını və bunların qəzalar törədə biləcəyini söyləyib. Çünki kosmosda digər şirkətlərin də peykləri mövcuddur. Hətta astronomlar da bundan narahatdır. 

Qeyd edək ki, “Starlink”-in abunə qiymətləri digərləri ilə nisbətdə ucuz deyil. 

Vüsalə Babaşova