"SpaceX" bir anda kosmosa 143 peyk buraxıb
    • 25-01-2021, 13:11
    • 536

"SpaceX" bir anda kosmosa 143 peyk buraxıb

“SpaceX” “Transporter-1” missiyası çərçivəsində kosmosa bir dəfəyə 143 peyk daşıyacaq “Falcon 9” raketini göndərib.

News24.az xarici KİV-ə istinadən bildirir ki, “SpaceX”-in ötən gün əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış “Transporter-1” missiyası ABŞ-ın Florida ştatındakı Kənevrl bazasından uğurla həyata keçirilib.

Qeyd edək ki, missiya çərçivəsində “SpaceX” orbitə 133 ticari və dövlət, 10 “Starlink” peyki göndərilib.