Bakıda yaşlı qadını avtomobil iki dəfə vurub
    • 2-08-2022, 01:55
    • 436

Bakıda yaşlı qadını avtomobil iki dəfə vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücüsü, 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub.
Daha sonra “Mercedes”-i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. /APA/