Bakıda "Mercedes" iki azyaşlı bacını vurdu
    • 4-05-2021, 10:31
    • 298

Bakıda "Mercedes" iki azyaşlı bacını vurdu

Bakıda avtomobil 7 və 6 yaşlı iki uşağı vurub.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək küçədə 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını vurub.
Azyaşlılar təcili tibbi yardımla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Trend)