-
- 2-08-2022, 12:10
- 299
Ermənistan Azərbaycanla azad ticarət rejimi qurmaq istəyir - Kerobyan
“Azərbaycanla azad ticarət siyasətinin qurulması Ermənistana daha əhəmiyyətli bazarlara çıxmağa kömək edəcək”.
News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində ölkənin İqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanla ticarət əlaqələri Ermənistanın biznesinə və sakinlərinə zərər vurmayacaq, əksinə xeyir gətirəcək.
Kerobyan əlavə edib ki, ticarətin inkişafı üçün Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək lazımdır.
“Daha geniş regionu əhatə edən açıq dəmir yolu bağlantısı olmadan inkişaf etmiş sənayeyə malik olmaq mümkün deyil. Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası Ermənistana həm də Rusiya, İran və Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsi verəcək”, - Kerobyan vurğulayıb.