Ermənistan dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla saziş imzalamaq istəyir
    • 17-02-2022, 12:10
    • 760

Ermənistan dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla saziş imzalamaq istəyir

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir".

News24.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. 

O bildirib ki, hazırda Arazdəyən- Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisi ilə bağlı konkret işlər görülür: "Artıq texniki işlərə başlanılıb. Yaxın vaxtlarda ümid edirik ki, əldə olunmuş razılaşmalar sənəd şəklində öz əksini tapacaq və proses tam şəkildə inkişaf etdiriləcək”. 

Paşinyanın sözlərinə görə, hökumət həmçinin Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər arasında tender elan edəcək.

Paşinyan qeyd edib ki, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər.