Rusiyadan inanılmaz iddia: "Azov" yaraqlıları adamyeyənlik təcrübəsi keçib
    • 2-08-2022, 15:29
    • 328

Rusiyadan inanılmaz iddia: "Azov" yaraqlıları adamyeyənlik təcrübəsi keçib

"Azov" yaraqlıları arasında adamyeyənlik təcrübəsi keçirilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsində çıxış edən Moskvadakı təcridxanalarda insan hüquqlarının müdafiəsi üzrə İctimai Monitorinq Komissiyasının rəhbəri Georgi Volkov bildirib.

“Azovda kannibalizm tətbiq olunurdu. Məhkumlardan biri bu barədə bizə etiraf etdi”, - Volkov bildirib.

Qeyd edək ki, bu gün Rusiya Ali Məhkəməsində Baş Prokurorluğun “Azov” taborunun terror təşkilatı kimi tanınması ilə bağlı müraciətinə baxılır.