Qaxda fındıq yığan kişini İLAN SANCDI
    • 2-08-2022, 23:20
    • 1 359

Qaxda fındıq yığan kişini İLAN SANCDI

Qax rayonunda 63 yaşlı kişini ilan sancıb.

Rayonun Qum kəndinin sakini olan 1959-cu il təvəllüdlü Paşayev Vəli Soltan oğlu fındıq bağında iş görən zaman ilan onun sol ayağından sancıb.

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Vəli Paşayev reanimasiya şöbəsinə yerləşdirilib. /Bizim.Media/