“Ermənilərin 10-dan çox İTKİSİ VAR, Rusiya nüfuzunu itirir” – Ədalət Verdiyev
    • 4-08-2022, 11:09
    • 1 769

“Ermənilərin 10-dan çox İTKİSİ VAR, Rusiya nüfuzunu itirir” – Ədalət Verdiyev

“Erməni silahlıları rus sülhməramlılarına arxayın olduqları üçün son həftələr ərzində kifayət qədər atəşkəsi pozurdular. Halbuki onların torpaqlarımızda gəzməsinə 2020-ci ildən son qoyulmuşdu. Erməni silahlılarının torpaqlarımızda gəzməsi bəs deyilmiş kimi Azərbayca əsgərinə atəş də açırdılar. Bu atəşlərin nəticəsi olaraq dünən gənc əsgərimiz Anar Kazımov Laçında şəhid oldu. Belə bir fəaliyyətin cəzasız qalmayacağı aydın idi. Azərbaycan Ordusunun hissə və bölmələri böyük qəhrəmanlıq göstərərək “Qisas” əməliyyatında erməni tərəfinin ən az 10-dan çox şəxsi heyətini və bir neçə texnikasını sıradan çıxarıb”. 

Bunu News24.az-a-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev  deyib.

O bildirib ki, bizim əsgərimizə atəş açılan mövqelərdə ordumuz Azərbaycan bayrağını dalğalandırıb və bəzi yerdəyişmələr həyata keçirib: “Hesab edirəm ki, yaxın günlərdə daha çox düşmən itkiləri və azad edilən ərazilər barədə məlumatlar əldə edəcəyik”. 

Ekspert əlavə edib ki, torpaqlarımızda öz ordumuza qarşı səngərlər qazılmasına Rusiya sülhməramlıları şərait yaradıb: “Rusiya sülhməramlı kontingentinin erməni seperatçı dəstələrinin yanında olması, neytrallığını, bitərəfliyini itirməsi ümumilikdə Rusiya ordusunun və hakimiyyətinin nüfuzuna da mənfi təsir göstərib. İnanmıram ki, bu faəliyyətlərdən sonra dünyanın hansısa bir ölkəsi onları sülh üçün dəvət etsin”.