-
- 20-06-2022, 13:51
- 880
Laçına bu tarixdə QOVUŞACAĞIQ – Ekspert AÇIQLADI
Son günlər Laçın rayonundan görüntülər yayılıb. Görüntülərdən erməni sakinləri gözə çarpmır. Yayılan məlumatlara görə, Laçın dəhlizinin tezliklə Azərbaycana verilməsi gözlənilir.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrəndik.
O, News24.az-a açıqlamasında prosesin hansı formada reallaşacağından söz açıb:
“Hər bir azərbaycanlının arzusudur ki, ən qısa müddətdə işğaldan azad edilmiş ərazilərimizə qayıdaq. İnsanların bu mövzuda həssaslığını da anlayıram. Amma reallıq fərqlidir. Hesab edirəm ki, Laçın dəhlizinə alternativ yol hazır olandan sonra rus sülhməramlıları bu dəhlizi boşaldıb, yeni alternativ yola daşınacaqlar. Yalnız bundan sonra Laçın rayonu və bu rayonun ərazisindən Şuşaya doğru uzanan Laçın dəhlizi tamamilə Azərbaycan ordusunun nəzarətinə keçəcək. Proseslər çərçivəsində erməni silahlılarının orada qalan hissəsi də ərazidən tamamilə çıxarılacaq. Təxminən ilin sonuna qədər yolun hazır olması gözlənilir. Rusiya sülhməramlılarına aid yaşayış və digər hərbi infrastrukturun da o yola keçirilməsi isə təxminən yaza qədər yekunlaşarsa, o zaman Azərbaycan dövlətinin üçrəngli bayrağının Laçın rayonunun mərkəzində dalğalanmasını biz təxminən gələn il, yay aylarında müşahidə edə biləcəyik”.