Afaq Gəncəlidən 12 yaşında vəfat edən oğlu ilə bağlı paylaşım - FOTO
    • 5-08-2022, 10:11
    • 15 230

Afaq Gəncəlidən 12 yaşında vəfat edən oğlu ilə bağlı paylaşım - FOTO

Aparıcı Afaq Gəncəli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, o, 1.3 milyon izləyicisi olan instaqram hesabında vəfat edən övladı Qədirxanla bağlı paylaşım edib.

Gəncəli mərhum oğlunun fotosunu paylaşaraq "Ad günün mübarək, mələyim" sözlərini yazıb. 

Məlumat üçün bildirək ki, Afaqın azyaşlı övladı Qədirxan 2015-ci ildə dünyasını dəyişib. O, müalicə aldığı Ankara şəhərində 12 yaşında xərçəng xəstəliyindən vəfat edib.