-
- 8-08-2022, 12:51
- 717
Biz öləndən sonra sosial şəbəkə hesablarımıza nə olacaq?
Həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələrdəki hesablarımızın biz öləndən sonrakı aqibətinin necə olacağı maraq doğurur.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün bəzi sosial şəbəkələrdə funksiyalar var var.
Həmin funksiyaları təqdim edirik:
“Facebook” istifadəçilərini 2 seçim qarşısında qoyur – istifadəçi öləndən sonra hesabı “xatirə hesabı”na çevrilə və ya hesabı silinə bilər. “Xatirə hesabı” üçün istifadəçi özünə varis seçməlidir və varis həmin hesabı idarə etmək qabiliyyətində olur.
“Instagram” da eynilə “Facebook” kimi 2 seçim irəli sürür. Ancaq “Facebook”-dan fərqli olaraq varis mütləq birinci dərəcəli qohum olmalıdır və ölüm rəsmi sənədlərlə sübut edilməlidir.
“Twitter”-də də varis birinci dərəcəli qohum olmalıdır. Lakin burada öldükdən sonra yalnız hesab silinə bilər. Ölümü və qohumluğu rəsmi sübut edən sənədlər təsdiqləndikdən sonra hesab silinir.
“YouTube” və “Google” istifadəçiləri “Qeyri-aktiv hesab meneceri” xüsusiyyətindən istifadə edə bilərlər. Belə ki, bu xüsusiyyət bir müddət fəaliyyətsizlikdən sonra hesab məlumatlarını paylaşmaq, kiməsə xəbər vermək və ya hesabın silinməsinin lazım olub-olmadığını müəyyən etmək üçün istifadə oluna biləcək bir üsuldur.
Vüsalə Babaşova