Günay İbrahimli jurnalistə uduzdu
    • 27-12-2018, 10:25
    • 1 730

Günay İbrahimli jurnalistə uduzdu

Ötən gün müğənni Günay İbrahimli ilə jurnalist Anar Məmmədovun məhkəməsi keçirilib.

News24.az xəbər verir ki, Günayın jurnalistdən 100 min manat təzminat tələb etməsinə dair iddiası təmin edilməyib.

Yasamal rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində jurnalistin rəhbəri olduğu Criminal.az saytını ittiham edilirdi.

İbrahimli 100 min manatı şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən əsassız və böhtan xarakterli yazılara görə jurnalistdən tələb edirdi.