MB-da struktur dəyişikliyi davam edir
    • 8-08-2022, 16:02
    • 988

MB-da struktur dəyişikliyi davam edir

Azərbaycan Mərkəzi Bankında daha 4 yeni şöbə yaradılıb.

News24.az xəbər verir ki, bunlar Yeni binanın tikintisi şöbəsi, Lisenziyalaşdırma şöbəsi, İnformasiya və kibertəhlükəsizlik şöbəsi və Əməliyyat riskləri şöbəsidir.

Onlardan ikisinin rəhbərliyinə təyinat olub. Belə ki, İnformasiya və kibertəhlükəsizlik şöbəsinə Elvin Şahverdiyev, Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin edilib.