İrandan Ermənistana narkotik daşınır - Rusiya hərəkətə keçdi
    • 8-08-2022, 20:00
    • 827

İrandan Ermənistana narkotik daşınır - Rusiya hərəkətə keçdi

Rusiyanın Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti İranla sərhəddə yerləşən Meğri-Aqarak magistral yolu boyunca nəzarətin gücləndirilməsinin səbəbinə aydınlıq gətirilib.

Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, İranla sərhəddə yerləşən Meğri-Aqarak magistral yolu boyunca nəzarətin gücləndirilməsi narkotik daşınması ilə əlqədardır.

"Ağır narkotik vasitələrin daşınması ilə əlaqədar Ermənistan Respublikası və İran İslam Respublikası dövlət sərhədi boyunca Meğri-Agarak (M2) avtomobil yolunda nəzarət gücləndirilib. İrandan Ermənistan Respublikasına psixoaktiv maddələrin (həşiş, metamfetamin, heroin) qeyri-qanuni gətirilməsi cəhdləri artıb. Bu da Ermənistan-İran dövlət sərhədi hissəsində gərgin əməliyyat şəraiti yaradılıb. Bundan başqa, ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması halları da var. Belə ki, 2021-ci ildə Rusiya sərhədçiləri Meğri sərhəd dəstəsində silah, qumbara və külli miqdarda sursat olan iki sərhəd pozucusunu saxlayıblar". /Teleqraf.com/