Moskva Vaşinqtonu üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa - Çağırdı
    • 9-08-2022, 01:09
    • 588

Moskva Vaşinqtonu üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa - Çağırdı

“ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib.
O vurğulayıb ki, NATO açıq şəkildə özünü nüvə ittifaqı elan edir və ABŞ-ın nüvə silahları onlardan istifadəni təcrübədən keçirən qeyri-nüvə ölkələrinin ərazisində yerləşir.
Vişnevetski bunu təhlükəsizliyə mənfi təsir edən, nüvə münaqişəsi riskini artıran amil adlandırıb. /Qafqazinfo/