“Artilleriya atəşinin ustaları”nın püşkatma mərasimi keçirildi - FOTO
    • 9-08-2022, 10:55
    • 231

“Artilleriya atəşinin ustaları”nın püşkatma mərasimi keçirildi - FOTO

"Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə. sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.