Mədəniyyət Nazirliyində TƏYİNAT
    • 10-08-2022, 10:57
    • 1 011

Mədəniyyət Nazirliyində TƏYİNAT

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Bu barədə News24.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

A.Yusubov sonuncu təyinata qədər Şəki Apelyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi məsul vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.