Botanika bağından kəsilmiş qadın başı tapıldı
    • 27-12-2018, 12:30
    • 2 011

Botanika bağından kəsilmiş qadın başı tapıldı

Botanika bağından kəsilmiş qadın başı tapılıb.

30 yaşlı kişi 20 yaşlı qızı sevgilisinin gözü qarşısında öldürüb.
Rusiyada yaşayan 30 yaşlı Aleksandr Altapov öz evində 20 yaşlı Viktoriya Povesmanı sevgilisinin gözü qarşısında qətlə yetirib.
Hadisə Sibirin Tomsk şəhərində baş verib. Aleksandr şübhələri yayındırmaq üçün cəsədi parçalayaraq, şəhərin müxtəlif yerlərinə atıb. Qızın kəlləsi Tomsk şəhərinin botanika bağından tapılıb.
Memarlıq ixtisası üzrə təhsil alan Viktoriya öldürülməzdən əvvəl təcavüzə məruz qalıb. Aleksandr sevgilisinin gözü qarşısında Viktoriyanı zorlayıb.
Viktoriya Aleksandrı onu zorladığına görə polisə verəcəyini söyləyib. Bundan qorxan Aleksandr onu öldürüb, bədənini hissələrə ayırıb, sevgilisinin köməyi ilə şəhərin müxtəlif yerlərinə tullayıb.
Cinayətə görə Aleksandr və Yekaterina adlı sevgilisi saxlanılıb. Aleksandr 25 il müddətinə azadlıqdan məhrum edilib.

//MilliAz