Tramp:  “Bu, ailəmə və şirkətimə qarşı yönəlmiş təxribatdır”
    • 11-08-2022, 13:10
    • 398

Tramp: “Bu, ailəmə və şirkətimə qarşı yönəlmiş təxribatdır”

ABŞ-nin eks-prezidenti Donald Tramp vergi ödəməkdən yayındığı üçün məhkəməyə verilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın 10 ildən çoxdur ki, sənədlərdə yanlış rəqəmlər göstərərək vergini tam ödəməkdən yayındığı bildirilir. 

Ondan prokurorluğa gələrək ifadə verməsi tələb olunub. Ancaq o, konstitusiyaya əsasən danışmamaq hüququndan istifadə edib. 

Tramp yazılı açıqlamasında baş prokuror Letitia Ceymsin “Trampı məhv etmək” siyasəti yürütdüyünü deyib. Ona, ailəsinə və şirkətinə qarşı təxribat aparıldığını vurğulayıb.

Vüsalə Babaşova