İslamiada: Güləşçilərimizdən daha bir medal
    • 11-08-2022, 21:02
    • 304

İslamiada: Güləşçilərimizdən daha bir medal

Azərbaycan idmançısı Hacımurad Ömərov Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanıb.

News24.az xəbər verir ki, H.Ömərov Qazaxıstan idmançısı Mexir Koşkinbayevi 10:4 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.