-
- 10-08-2022, 19:55
- 586
Hacı Əliyev İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı - FOTO
Azərbaycan güləşçisi Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
O, Albaniya idmançısı Zelimxan Abakarovu vaxtından əvvəl 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarış avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.
Bu gün Azərbaycan idmançılarının üç “qızıl”, iki “gümüş” və üç “bürünc” medalı var. /Trend/