Qusarda yanğın olub
    • 11-08-2022, 23:00
    • 273

Qusarda yanğın olub

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a bildirilib ki, Qusar rayonunun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.