Xocavənddə tapılan erməni helikopterin GÖRÜNTÜLƏRİ
    • 12-08-2022, 12:28
    • 511

Xocavənddə tapılan erməni helikopterin GÖRÜNTÜLƏRİ

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının görüntülərini yayıb.

News24.az-ın xəbərinə görə, görüntülərdə II Qarabağ müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən vurulan helikopterin tamamilə məhv olduğu məlum olur.

Qeyd edək ki, avqustun 11-də Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.