"Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır" - MN
    • 1-10-2020, 12:15
    • 709

"Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır" - MN

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır.

News24.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".