Aşıq Namiqdən azərbaycanlı xanım müğənniyə tərbiyyəsizlik
    • 27-12-2018, 14:25
    • 1 978

Aşıq Namiqdən azərbaycanlı xanım müğənniyə tərbiyyəsizlik

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Şəbnəm Tovuzlu özünə təmtəraqlı ad günü keçirərək sənət yoldaşlarını ətrafına toplayıb.

Şən ab-havada keçən keçən məclis qalmaqalsız ötüşməyib.

News24.az-ın məlumatına görə doğum gününə qatılan müğənni Səbinə Selcan və aşıq Namiq Fərhadoğlu arasında münaqişə yaşanıb.

Buna səbəb isə N.Fərhadoğlunun müğənni ilə görüşdüyü zaman əl verərkən xoşagəlməz jest etməsi olub.

Bunu görən Səbinə Selcan əsəblərini cilovlaya bilməyib və səs tonunu qaldırıb.

Namiq Fərhadoğlu isə qarşı tərəfin bu reaksiyasına “Reklam olunmaq istəyir” cavabını verib.

Qeyd edək ki, adı hər zaman qalmaqallarda hallanan aşıq Namiq Fərharoğlu bir müddət öncə həmkarı Ulduz Sönməzin ifaçı qızı Sədaqət Ulduzla ailə quracağını bildirmişdi. Lakin qarşı tərəf aşığın bu açıqlamasını yalanlamışdı.

Teymur MƏMMƏDOV