Qaxda 4 otaqlı ev yandı
    • 13-08-2022, 00:57
    • 383

Qaxda 4 otaqlı ev yandı

Qax rayonunun Almalı kəndində ümumi sahəsi 117 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və 1 otağının alçipandan ibarət tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.-az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.