Azərbaycanın para-stolüstü tennisçisi İslamiadada mübarizə aparıb
    • 13-08-2022, 21:58
    • 315

Azərbaycanın para-stolüstü tennisçisi İslamiadada mübarizə aparıb

Azərbaycanın para-stolüstü tennisçisi Dinarə Sunçeleyeva bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizə aparıb.

O, 3 görüş keçirib.

Dinarə Sunçeleyeva əvvəlcə türkiyəli Ümran Ertişə 0:3 hesabı ilə uduzsa da, daha sonra iranlı Fatimə Məhəmmədidən üstün olub – 3:0. Bununla belə, o digər İran təmsilçisi Seyidə Fatimə Etesaminia ilə bacarmayıb – 0:3. /Report/