Ev heyvanı meymunçiçəyinə yoluxdu – virus mutasiyaya uğrayır
    • 15-08-2022, 14:39
    • 376

Ev heyvanı meymunçiçəyinə yoluxdu – virus mutasiyaya uğrayır

İlk dəfə ev heyvanı meymunçiçəyinə yoluxub.
      
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma faktı Parisdə qeydə alınıb. 

Sahibləri meymunçiçəyinə yoluxduqdan 12 gün sonra 4 yaşlı erkək itdə virusun simptomları aşkarlanıb. İtin onların çarpayısında yatdıqdan sonra yoluxduğu məlum olub. Testlər nəticəsində heyvanın və sahiblərinin eyni ştama yoluxduqları ortaya çıxıb. 

Alimlər artıq ev heyvanlarının da risk qrupunda olduğunu bildiriblər. Yoluxmuş heyvanlar 3 həftə ərzində izolyasiya edilməlidir. 

Vüsalə Babaşova