Ermənistanda itkin düşənlər arasında 4 nəfər iranlı da var
    • 16-08-2022, 11:36
    • 283

Ermənistanda itkin düşənlər arasında 4 nəfər iranlı da var

Bazar günü Ermənistanın paytaxtında baş verən partlayış nəticəsində itkin düşənlar arasında xarici ölkə vətəndaşı da var. 

News24.az İranın moniban.news saytına istinadla xəbər verir ki, yanğın və partlayış nəticəsində itkin düşənlərdən 4-ü İran, 1-i isə Rusiya vətəndaşıdır. 

Hazırda onların axtarışları davam edir.  

Ermənistan FHN-in son məlumatına görə, hadisə nəticəsində 17 nəfər itkin düşüb.