Bakıdan Qroznıya uçan təyyarə ilə bağlı xatirə plitəsi açıldı
Dünya
Çeçenistanın paytaxtı Qroznı şəhərində 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş memorial plitənin açılışı olub.
News24.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.
Açılış mərasimində çıxış edən AZAL prezidenti Samir Rzayev qeyd edib ki, memorial plitənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. (APA.az)