İrəvan hava limanında bomba həyəcanı ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB
    • 16-08-2022, 14:17
    • 449

İrəvan hava limanında bomba həyəcanı ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB

İrəvanın “Zvartnots” hava limanına bomba qoyulması barədə məlumatın yalan olduğu üzə çıxıb. 

News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, metronun “Çarbax”, “Şenqavit”, “Baqramyan” və “Drujba” stansiyalarında partlayıcı qurğuların olması barədə xəbərlərin də yalan olduğu müəyyənləşib.

Digər metro stansiyalarında yoxlamalar davam edir.

***

14:00


Ermənistanda Zvartnots hava limanına bomba qoyulmasına dair məlumat yayılıb.

News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, daha əvvəl metroya bomba qoyulmasına dair iddialar yayılmışdı.