"Eurovision 2019"-a namizəd daha 4 iştirakçının adı açıqlandı - VİDEO
    • 27-12-2018, 18:48
    • 2 106

"Eurovision 2019"-a namizəd daha 4 iştirakçının adı açıqlandı - VİDEO

Xəbər verdiyimiz kimi, İctimai Televiziya "Eurovision 2019"-da ölkəmizi təmsil edəcək ifaçılar arasında kastinq elan edib. 

News24.az-ın məlumatına görə bu günə qədər mediaya 11 iştitakçının adı məlum olsa da onların sırasına daha 4-ü əlavə olunub. 

Siyahıya əlavə edilən ifaçıların siyahısını təqdim edirik:

Vlada Axundova (2013-cü ildə "Eurovision" seçimlərinin finalında iştirak edib. "Səs Azərbaycan"ın iştirakçısı olub)

Sərxan Cəfərov ("Türkvision 2014" namizəd seçimlərinə qatılıb)

Nərmin Behbudova (Azərbaycanı "Eurovision 2015"də təmsil etmək üçün seçimlərə qatılıb)

Nərmin Seyidova (Azərbaycanı "Eurovision 2015"də təmsil etmək üçün seçimlərə qatılıb)


Qeyd edək ki, bundan öncə açıqlanan adlar sırasında Ruslan Alişan, Tofiq Hacıyev, Samirə Əfəndi, Emiliya Yaqubova, Hüseyn Abdullayev, Nərmin Kərimbəyova, Altun Zeynalov, Ləman Dadaşova, Elvin Novruzov, Rilaya, Məryəm Şabanovanın adları var idi. 

Teymur MƏMMƏDOV