Azərbaycandan "Eurovision 2019"a 4-cü namizəd açıqlandı - FOTO - VİDEO
    • 28-01-2019, 15:04
    • 4 208

Azərbaycandan "Eurovision 2019"a 4-cü namizəd açıqlandı - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, bu il Azərbaycanı "Eurovision 2019" mahnı müsabiqəsində təmsil edəcək 3 namizədin adı açıqlanıb. 

News24.az-ın məlumatına görə, müğənnilər Samirə Əfəndi, Tofiq Hacıyev və Çingiz Mustafayevlə yanaşı 4-cü namizədin olduğu da bildirilirdi. 

Bu gün isə beynəlxalq komandanın səsverməsi nəticəsində seçiləcək 4-cü namizədin adı da açıqlanıb. Bu gənc müğənni Ləman Dadaşovadır. 

Qeyd edək ki, Ləman Dadaşova "Səs Azərbaycan" yarışmasının iştirakçısı olub. 

//İnfe Azerbaijan