Ağdamdakı qəbir daşları belə yoxa çıxdı... – Şok video
    • 16-08-2022, 17:29
    • 544

Ağdamdakı qəbir daşları belə yoxa çıxdı... – Şok video

Rusiyalı blogerin 2008-ci ildə Ağdamda çəkdiyi görüntülər ortaya çıxıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, görüntülər azərbaycanlılara məxsus qəbiristanlıqda qeydə alınıb.

Bloger çəkiliş zamanı ermənilərin qəbir daşlarını dağıtmasına heyrətlənib:

“Mən başa düşə bilmirəm, qəbir daşlarını necə dağıtmaq olar? Bunu heç cür başa düşə bilmirəm”.

2020-ci ildə Azərbaycan Ordusu Ağdamı işğaldan azad etdikdən sonra bəlli oldu ki, bu ərazilərdə bir dənə də olsun qəbir daşı salamat qalmayıb, tam olaraq yox edilib.