-
- 23-04-2020, 10:03
- 1 188
Masallıda 9 yaşlı uşaq qəbiristanlıqda ÖLDÜ
Masallı rayonunda bədbəxt hadisə baş verib.
Hadisə aprelin 22-si saat 17:30 radələrində rayonun Şıxlar kəndində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Səmədov Əhəd Rizvan oğlu yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən qəbir daşı aşaraq onun üzərinə düşüb. Ə.Səmədov hadisə yerində ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report/