Ərdoğan Ukraynaya gedir
    • 16-08-2022, 21:07
    • 338

Ərdoğan Ukraynaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfər edəcək

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.