Daha bir əsgərimiz vəfat etdi
    • 17-08-2022, 21:43
    • 500

Daha bir əsgərimiz vəfat etdi

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu 17.08.2022-ci il tarixdə DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.