““Qarabağ”ı qəzəbləndirmək istəyirdik” - Lukaş Heyda
    • 18-08-2022, 10:00
    • 332

““Qarabağ”ı qəzəbləndirmək istəyirdik” - Lukaş Heyda

“Viktoriya”nın (Plzen, Çexiya) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri ilk matç haqqında danışıb.

News24.az "Qol.az"-a istinadən xəbər verir ki, görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən oyunçu klubun rəsmi saytına açıqlamasında deyib:

“İrəli gedərək, qol vuraraq “Qarabağ”ı bir az da qəzəbləndirmək istəyirdik. İlk hissədə şanslarımız oldu, amma ikinci hissədə praktiki olaraq heç nə yaratmadıq. Bununla belə, biz məsuliyyətlə müdafiə olunduq. 0:0 nəticəsini qəbul edirik. Əlbəttə ki, cavab oyununda olmayacağım üçün məyusam. Amma inanıram ki, futbolçularımız bunun öhdəsindən gələcəklər”.

Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.