Kadi Borges: "İnanıram ki, "Ferentsvaroş"la oyunda yoxluğum hiss olunmayacaq"
    • 28-07-2022, 19:22
    • 577

Kadi Borges: "İnanıram ki, "Ferentsvaroş"la oyunda yoxluğum hiss olunmayacaq"

"Oyunun çətin olacağını gözləyirdik. Bilirdik ki, meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Bunu bacardıq və sərfəli nəticə ilə geri döndük".

News24.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi cəzalı duruma düşdüyü üçün Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin ilk matçını buraxacaq. 26 yaşlı oyunçu buna görə məyus olduğunu bildirib: "Təəssüf ki, həmin oyunda iştirak edə bilməyəcəyəm. Avrokuboklarda hər matç çətin olur. Ümid edirəm ki, məni əvəzləyəcək futbolçu ən yaxşı oyununu göstərəcək və yoxluğum hiss olunmayacaq".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.