-
- 19-08-2022, 17:29
- 2 587
Azərbaycanın “AĞCİYƏRİ” YANIR – Ekspertdən HƏYƏCAN TƏBİLİ
Meşə yanğınları Azərbaycanı yenidən öz ağuşuna alıb. Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahələrində yanğınlar şiddətlənib.
Bəs, bu yanğınlar niyə baş verir və çıxış yolları nədir?
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev məsələni News24.az-a şərh edib.
Ekoloq öncə problemin həlli üçün çıxış yollarından söz açıb: “Çox istərdim ki, bu ərəfələrdə Fövqəladə Hallar Nazirliyi meşələrə dronlarla nəzarət etsin və yanğına meyilli olan sahələrlə məşğul olsun. Bu addım effektli olar. Ermənilər o tərəfdən yandırır, müsəlman da bu tərəfdən. Azərbaycanda elə də böyük meşə sahələri yoxdur. Meşədə təkcə ağaclar, yarpaqlar, odunlar yox, həm də torpaq qatının üstündə olan bütün orqanizmlər yanır. Buraya bitki və heyvan kütləsini nümunə kimi deyə bilərik. Torpağın alt qatında torpağın əmələ gəlməsi üçün fəaliyyəti olan canlılar yandıqdan sonra meşələrin bərpası da çətin olur.
Nəhəng oksigen kütləsi, yəni, ciyərlərimiz yanır. Bütün bu yanğınların kökündə məsuliyyətsizlik, nəzarətin ciddi olmaması və maarifləndirmə işlərinin aparılmaması dayanır. Bundan əlavə, bizdə müasir texnologiyalardan çox az istifadə olunur. Digər ölkələrdəki yanğınları Azərbaycana nümunə çəkmək lazım deyil. Onların ərazisi Azərbaycandan böyükdür”.