Qubada un qıtlığı: İnsanlar saatlarla növbə gözləyir - VİDEO
    • 19-08-2022, 17:40
    • 425

Qubada un qıtlığı: İnsanlar saatlarla növbə gözləyir - VİDEO

Qubada mağazalarda un tapılmır.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən görüntülər paylaşılıb. Videolardan bəlli olur ki, insanlar saatlarla un növbəsində dayanırlar. 

Vətəndaşlar qeyd edirlər ki, artıq bir neçə gündür heç bir mağazada un tapmaq olmur. Un tapılan mağazaların qarşısında da uzun növbələr olur. İnsanlar bir kisə un almaq üçün uzun müddət gözələsələr də, bəziləri un almadan geri qayıtmalı olur. Hətta uzun növbələr səbəbindən insanlar arasına mübahisələr olduğu da bildirilir.