Bakıda sürücüsüz sərnişin avtobusları olacaq
    • 28-12-2018, 12:28
    • 1 040

Bakıda sürücüsüz sərnişin avtobusları olacaq

2023-cü ilədək Azərbaycanda, konkret olaraq Bakı şəhərində şəhərdaxili sərnişindaşımada sürücüsüz nəqliyyat vasitələrindən istifadə olunmasına başlanılması planlaşdırılır.

Bu, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.

Belə ki, 2019-2023-cü illərdə ölkədə avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflərin hazırlanması aidiyyəti dövlət qurumlarına tapşırılıb.

Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu iş üzrə digər icraçı qurumlar sırasına Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxildir.

//Report