Dünyada ilk sürücüsüz tramvay nümayiş etdirilib
    • 28-09-2018, 20:30
    • 1 104

Dünyada ilk sürücüsüz tramvay nümayiş etdirilib

“Siemens” şirkəti “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində “Combino” adlı sürücüsüz tramvayını nümayiş etdirib.

 Sürücüsüz tramvay Şərqi Almaniyada yerləşən Potsdam şəhərinin küçələrində sınaqdan keçirilib. Şəhər sakinlərini narahat etmək istəməyiblər, buna görə tramvay müvafiq yerlərdə dayanmalar etsə də,  sərnişin götürməyib.

Şirkətin nümayəndələri və jurnalistlər sərnişin rolunda çıxış ediblər.

Sınaqlar vaxtı sürücüsüz tramvay depodan çıxaraq 6 km-lik marşrut üzrə dövrə vurub. Sözügedən nəqliyyat vasitəsi oriyentasiya təyin etmək üçün lidar, radar, yüksək təsvir ölçüsünə malik kamera və şəhər nəqliyyat sisteminin məlumatlarından istifadə edib.

Çətin vəziyyətlər və onlara reaksiyaların tanınması alqoritmlərinin işlənib hazırlanması Karlsruye Universitetinin alimlərinə tapşırılıb. Layihə o qədər uğurla inkişaf etdirilir ki, sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi ideyası səsləndirilib.



//Nuhcixan.az